Belçikanın şimalındakı Şxelde çayı sahilindəki Doel qəsəbəsi 1975-ci ildə nüvə stansiyası qurulandan sonra tərk edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 400 illik tarixi olan qəsəbədə hazırda sadəcə 2 ailə və 25 nəfər yaşayır. Ərazi turistlər üçün cəzibəli yerlərdəndir. Qəsəbənin divarları qraffiti rəssamlarının çəkdiyi rəsmlərlə doludur.
Avtobusun keçmədiyi dayanacaqlar, mebelli boş evlər, istifadəsiz qalan yanacaqdoldurma məntəqələri qəsəbənin simvolları arasındadır.