Xəbər lenti

2 aylıq körpəni internetdə satışa çıxardılar
Dünya07:06 06.08.2013

2 aylıq körpəni internetdə satışa çıxardılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Nyu York şəhərində geyim mağazasında işləyən 22 yaşlı Pol Markez sevgilisinin iki aylıq uşağını internet vasitəsilə satışa çıxarıb. 

Qaynar.info xəbər verir ki, Markez uşağın şəklini saytların birində yayımlayaraq, körpənin 100 dollara satıldığını elan verib. 

Körpə haqqında yerləşdirdiyi məlumatda Markes uşağın oynamağı və əyləncəni sevdiyini, ancaq astma xəstəsi olduğu üçün istəmədiklərini yazıb. 

19 yaşlı sevgilisindən xəbərsiz elan verən Markes maraqlananlar üçün körpənin anasının telefon nömrəsini verib. 

Bir nəfərin uşağı almaq üçün zəng vurmasından sonra körpənin anası polisə müraciət edib. Markes haqqında uşağın həyatını təhlükəyə atmaq maddəsilə cinayət işi qaldırılıb. 

Qaynar.info