
“Star Tv”də yayımlanan “Varmısınız, Yokmusunuz” yarışmasında toy mərasimi baş tutub.
Qaynarinfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı İlker Ayrık yarışmada iştirak edən Ecem və Tuğra cütlüyünü verilişdə evləndirib.
Maraqlısı budur ki, cütlük 2 ildir evlidir. Lakin onların toy mərasimi keçirilməyib. Daha öncə iki dəfə toy günü təyin etsələr də, müəyyən səbəbdən bu baş tutmayıb. Onlar 2 il öncə rəsmi nikahla evləniblər.
İlker Ayrık onların çalğılı toy arzusunu verilişdə həyata keçirib.
Qaynarinfo.Az