Xəbər lenti

2 təyyarə toqquşdu - 3 pilot öldü
Dünya17:42 25.09.2016

2 təyyarə toqquşdu - 3 pilot öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Nyu-York ştatında 2 yüngül mühərrikli təyyarə toqquşub.

Qaynarinfo.Az-ın məlumatına görə, bu barədə TASS agentliyi Eri dairəsinin şefinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 09:45-də, Nort-Kollins yaşayış məntəqəsinin səmasında baş verib. "Cessna 140" və "Payper Şeroki" təyyarələrinin havada üz-üzə gələrək toqquşması nəticəsində pilotların 3-ü də həlak olub.

Pilotların 15 ildir, müntəzəm uçuşda olduğu bildirilir. Hamburq aerodromunun rəis müavini Larri Uolş qəzanın səma üzrə "boş sahə"də diqqətsizlik üzündən baş verdiyini deyib.

Qaynarinfo.Az