Xəbər lenti

2 uçuş təxirə düşdü, 3-cü təyyarə alovlandı
Dünya15:02 14.09.2017

2 uçuş təxirə düşdü, 3-cü təyyarə alovlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin paytaxtı Londondan Yunanıstanın paytaxtı Afinaya yola düşən Cey Lay adlı sərnişin maraqlı hadisələrlə qarşılaşıb. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sevgilisi ilə Afinaya getməyə çalışan 67 yaşlı Layın 1-ci uçuşu texniki səbəblə təxirə salınıb, 2-ci uçuşu isə ekipaj üzvləri çox çalışdığı üçün baş tutmayıb. Yunanıstana gedən 3-cü təyyarəyə minən cütlük daha dəhşətli hadisə ilə qarşılaşıb. Belə ki, təyyarə havada alov alıb.

Cey Lon bildirir ki, pəncərədən alov alan təyyarəni görə bilirdilər: "Ateist olsam da, o an mən də dua etdim. Havalimanına məcburi eniş edən təyyarədən sonra onlar 4-cü cəhdlə Afinaya çata biliblər". 

Lay bildirir ki, 40 ildir istifadə etdiyi "British Airways" şirkətinə bir də müraciət etməyəcək.

Gülşən

Qaynarinfo.Az