Xəbər lenti

2 yaşlı Rəsul Putin oldu
Dünya13:11 12.01.2017

2 yaşlı Rəsul Putin oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Vladimir vilayətinin Aleksandrovski rayonunda yaşayan ailə iki yaşlı Rəsulun adını dəyişərək Putin qoyublar.

Rus mətbuatının verdiyi xəbərə görə, ailə rayon ərazisində yerləşən VVAQ-a müraciət edərək oğullarının adının dəyişdirilməsini istəyiblər.

VVAQ-dan bildiriblər ki, iki yaşlı oğlan Moskvada dünyaya gəlsə də, Vladimir vilayətinin Aleksandrovski rayonunda yaşadığı üçün bizə müraciət etmək hüququna malikdir: “Biz uşağın adının dəyişdirilməsi ilə bağlı Moskvaya sorğu göndərdik və oradakı mütəxəssislər ailənin istəyini nəzərə alaraq, Rəsulun adının dəyişdirərək yeni şəhadətnaməni bizə göndərdilər. Artıq ötən gün iki yaşlı oğlan yeni şəhadətnaməsini alaraq Putin Curayev olub”.

Qeyd edək ki, uşağın tam adı Putin Cahangir oğlu Curayevdir.

Məlumatlara görə, Curayevlər ailəsi əslən Tacikistandandır. Uşağın adının dəyişdirilməsini isə ən çox babası istəyib. Deyilənlərə görə iki yaşlı uşağın babası Rusiya prezidenti Vladimir Putinin fanatıdır. (sia)

Qaynarinfo.Az