Xəbər lenti

2 yol polisini öldürmüş sürücü tutuldu
Dünya05:16 26.09.2016

2 yol polisini öldürmüş sürücü tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Dnepr şəhərində (keçmiş Dnepropetrovsk) polis əməkdaşlarını güllələmiş şəxs saxlanılıb.

Qaynarinfo.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Arsen Avakov məlumat yayıb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, patrul polisi əməkdaşları yol hərəkəti qaydalarını pozmuş sürücünü saxlamaq istəyiblər. Lakin sürücü asayiş keşikçilərinə müqavimət göstərib və onlara bir neçə dəfə atəş açıb.

Nəticədə polis əməkdaşlarından biri hadisə yerindəcə dünyasını dəyişib. Digər polis əməkdaşı isə ağır yaralanıb. Ukrayna DİN rəhbərinin məsləhətçisi Anton Qeraşenko bildirib ki, ağır yaralanmış polis əməkdaşı da bir qədər sonra dünyasını dəyişib.

Qaynarinfo.Az