ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Vilyam Borns jurnalistlərin Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı suallarını cavablandırıb. O, Putinin kifayət qədər sağlam olduğunu bildirib.
Qaynarinfo bu barədə "Politico" saytına istinadən xəbər
verir.
Rus dilini də mükəmməl bilən Borns iyirmi ildən artıqdır ki, Putinlə məşğul olur. O, Putinin Rusiyada ilk dəfə vəzifəyə gəldiyi vaxt Amerikanın Moskvadakı səfiri olub və keçən il gizli görüşdə Putini Ukraynaya hücumdan çəkindirməyə çalışıb.
Borns Putini "içində alovlanmış narazılığı olan, hər şeyi güc ilə ələ keçirən, pısxolojisi pozulmuş biri adlandırıb.
M.Arif