Xəbər lenti

20 məktəbli qida zəhərlənməsindən ölüb
Dünya07:10 17.07.2013

20 məktəbli qida zəhərlənməsindən ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanın şərqində yerləşən ibtidai məktəblərin birində azı 20 şagird verilən pulsuz yeməkdən zəhərlənərək ölüb. 

ANN.Az-ın "Belfast Telegraph"a istinadən verdiyi xəbərə görə, digər 27 şagird isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Onlardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir. Zəhərlənmə hadisəsi Patna şəhərində yerləşən Masrax kəndindəki ibtidai məktəbdə baş verib. Bu zaman yaşları 8-11 arası olan şagirdlər yemək yedikdən qısa bir müddət sonra özlərini pis hiss ediblər. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. 

Rəhbər orqanlardan verilən məlumata görə, ilkin istintaq nəticəsində məktəb mətbəxində bişirilən yeməyin tərkibində fosfor tapılıb.  

Qaynra.info