Xəbər lenti

20 Yanvar günü elektrik qatarları PULSUZ OLACAQ
Ölkə06:42 15.01.2014

20 Yanvar günü elektrik qatarları PULSUZ OLACAQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Tədbirlər Planı hazırlanıb
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Trend-ə daxil olan məlumata görə, Tədbirlər Planına əsasən Abşeron şəhərətrafı zonada 20 yanvarda saat 6.00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

20 yanvar tarixdə saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Bundan başqa Cəmiyyətin müəssisə və təşkilatlarında 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.


Qaynar.info