Xəbər lenti

20 yaşlı çempion sevdiyi qıza görə intihar etdi
Dünya16:55 30.11.2016

20 yaşlı çempion sevdiyi qıza görə intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Stend atıcılığı üzrə gənclər arasında Rusiya çempionu, 20 yaşlı Vladislav Loşakov Moskvada intihar edib.
Onun meyiti paytaxtdakı “Kuzminka” parkında aşkar olunub.

O, özünə qəsd etməmişdən öncə məktub yazıb. 

Ehtimala görə, idmançı sevdiyi qızın ayrılığına dözə bilmədiyindən özünü öldürüb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Loşakov məktubunda yaşamaqdan bezdiyini yazıb.

Vladislavın stend atıcılığı ilə məşğul olan Aleksandra adlı qızla görüşdüyü müəyyənləşdirilib. 

Məlum olub ki, faciədən bir neçə gün əvvəl qız ondan ayrılmaq istəyib. Müstəntiq ehtimal edir ki, idmançı bu səbəbdən canına qıyıb.(azvisoin.az)

Qaynarinfo.Az