Xəbər lenti

20 yaşlı gəncə üz köçürdülər - VİDEO
Dünya05:51 10.09.2016

20 yaşlı gəncə üz köçürdülər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Krasnodar cərrahları nadir əməliyyatlardan birini həyata keçirməklə 20 yaşlı Dilmroda həyat sevinci bəxş ediblər.

5 aylıq olanda dəhşətli yanıq yarası alaraq üzü dəhşətli hala düşən gənc oğlan 20 il özündən utanaraq yaşamağa məcbur olmuşdu.

Rusiya telekanallarının biri ilə canlı yayıma çıxdıqdan sonra Kuban həkimləri onu müayinəyə dəvət ediblər.

Dilmroda kliniki ölüm keçirmiş xəstənin üzü bütöv olaraq köçürülüb. Hələlik yara izləri bilinsə də, həkimlər zamanla yeni üzün orqanizmə uyuşacağını və daha yaxşı hal alacağını deyirlər.

Həkimlərin sözünə görə bütöv üz köçürmə əməliyyatı üzündə amputasiya həyata keçirilməmiş xəstələrdə mümkündür.

Rusiya üz köçürülməsi əməliyyatını həyata keçirmiş 8-ci ölkədir.(olke.az)

Qaynarinfo.Az