Xəbər lenti

2015 - Cümhuriyyətin ilk qələbə ili...
Siyasət09:41 29.01.2014

2015 - Cümhuriyyətin ilk qələbə ili...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər zaman seçkidən sonra, bir siyasi durğunluq hiss olunurdu. Amma 2010 seçkilərindən sonra başqa bir situasiyayla raslaşdıq. Siyasi durğunluq yeni bir siyasi proseslə başladı. Çünki, artıq siyasət meydanın da sovet təfəkkürlü siyasətçilər və yaxud ənənəvi müxalifət hökümranlıq etmirdi. Siyasi proseslərə yeni gənclər, ziyalılar qoşuldu. 

Yeni simaların prosesə gəlməsi, yeni təfəkkürün prosesə gəlməsinə səbəb oldu. Hakimiyyət üçün də çox çətin bir proses başlayır. Çünki hakimiyyət ənənəvi metodu artıq heç bir işə yaramayacaq. İllərdir alternativi olan qüvvələr 1992-də hakimiyyətdə olmuş insanlar idi. O insanlara da hər zaman 1992-nin problemlərilə hücum edirdi. Haqlı və haqsız fərq etməz, bəzən bu hücumlar kütləni də öz təsiri altına alırdı.

Artıq yeni qüvvələrə hakimiyyət 1992, 2003 və digər uğursuzluqlar ilə hücum edə bilməyəcək. Amma bu yeni qüvvələr də ənənəvi müxalifətin yolunu gedəcəksə, xalqı daha da ümidsiz bir duruma salacaq. 

Bunun üçün ilk hədəf 2015 seçkiləri üçün hər birimiz bir çətir altında birləşməliyik. 125 seçki dairəsi üzrə namizədlər müəyyən edilməlidir.  125 dairə üzrə namizədlər əsasən yeni simalar, ziyalılar olmalıdır. Çünki biz yeni xətt, yeni siyasi sima dedikdə,  namizədlərin platformasında və çıxışlarında bu görünməlidir. 

Həqiqətən, seçiçi hiss etməlidir ki, siyasətə yeni simalar, yeni şəxslər gəlib. 125 nəfər ciddi komanda 2015 seçimlərindən sonra ikinci bir siyasi prosesin əsasın qoyur ki, bu da Cümhuriyyətimizin 100 illiyində ölkəmizdə demokratiyanın qələbə çalmasına gətirməlidir.

Bunun üçün hər kəs bir araya gəlib, seçki bloku və ya başqa bir adla seçkilərə gedib Cümhuriyyətimizin bərpası üçün ciddi addımlar atmalıyıq.

Ruslan İzzətli

D18 Hərəkatının sədri