
Bu mövsüm kolleksiyaları öz təsirinə alan plastik parçalar, ofis geyimlərini belə kölgədə qoyan ciddi stillər, qeyri-adi kəsimlərlə diqqət çəkən feminist dizaynlar gündəmdədir.
Qaynarinfo xəbər verir ki, Nyu York, London, Milan, Paris moda həftələrindən müşahidə etdiklərimiz bizə bu ilin dəbində yeniliklərin bol olacağını söyləyir.

2017-2018-ci il payız-qış kolleksiyası işi gündəlik həyata daşıyır. Pencəklər, qələm ətəklər, qoşadüyməli donlar bu ilin trendləri arasındadır.
Ayaqqabı və çanta dizaynlarında özünü təsdiq edən plastik materiallar bu qış üst geyimlərində özünü göstərir.
Çanelin Qrand Palaisde atdığı ilk addımla modada yeni çağ başladı. Rəngi və dizaynı ilə kosmosu hədəf alan modellər 2017-ci ilin payız dəbinin əsasını təşkil edir.
Cinslər də bu ilin dəbləri arasındadır. Belə ki, cins şalvar və köynəklərin eyni dəstdə birləşdirilməsi ilin trend geyimləri arasındadır. Eyni zamanda, göstərişli
geyimlərə kiçik də olsa idman üslublu nəsə əlavə etmək bu il çox istifadə olunacaq.
Rəngli kürklər və süni tüklər bu qışın əvəzolunmazıdır.
Nərmin Həsənli