Prezident İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı 21 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3,0 milyon manat ayrılıb.
Qaynar.info