Xəbər lenti

Magistraturada yeni ixtisas yaradılacaq
Ölkə05:36 16.09.2017

Magistraturada yeni ixtisas yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisas əlavə ediləcək.

"Qaynarinfo"nun məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinə 2017-2018-ci illərdə ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisaslaşma kimi “Gənclərlə iş” ixtisasının əlavə edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.

Qaynarinfo.Az