
Taliban terror qruplaşması ABŞ prezidenti Donald Trampa açıq məktub göndərib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1600 sözlük məktubda Trampın Əfqanıstan siyasəti nəzərdən keçirilir və onun sələfləri olan prezidentilərin etdikləri səhvləri anladığı deyilir. Ölkədə 16 ildir davam edən müharibənin ardından ABŞ qüvvələrinin Əfqanıstandan geri çəkilməsinin vacib olduğu vurğulanır.
Məktubda həmçinin bildirilir ki, ABŞ ordusunun Əfqanıstanı tərk etməsi bu ölkənin hərbi qüvvələrinin təhlükədən qurtulması və miras qalan savaşın sona yetməsi deməkdir.
Qeyd edək ki, Əfqanıstanda 8 min 400 ABŞ əsgəri var. Sonuncu dəfə 2 avqustda Qəndahar vilayətində təşkil edilən teraktda 2 ABŞ əsgəri ölmüşdü.
Gülşən
Qaynarinfo.Az