Xəbər lenti

​Natiq Cəfərli apellyasiya şikayəti verib
Siyasət06:25 15.08.2016

​Natiq Cəfərli apellyasiya şikayəti verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində olan həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

Qaynarinfo.az xəbər verir ki, bu barədə "Report"a vəkil Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, bu gün apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirli bilinir.

Qaynarinfo.Az