Xəbər lenti

Hansı bankdan nə qədər dollar almaq olar? - MƏBLƏĞLƏR
Ekonomiks10:12 14.11.2016

Hansı bankdan nə qədər dollar almaq olar? - MƏBLƏĞLƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabr ayının 14-nə ölkədə dollar satışı həyata keçirən bankların sayı 21-ə enib. 

Fins.az-ın araşdırmasına görə, “Atabank” və “Bank Avrasiya” bu gün  valyuta satışında limiti ləğv edib.

Xatırladaq ki, ötən həftə “Bank Avrasiya”dan 200 dollar məbləğində dollar almaq mümkün idi.

“Turanbank” isə limiti 10 dəfə azaldıb. Bu bankdan indi  1000 dollar məbləğində valyuta almaq olar.

“Bank Respublika” və “Naxçıvanbank” isə valyuta satışı nı bərpa edib. Bu banklardan  maksimum 500 dollar almaq olar. 

Qaynarinfo.Az