Xəbər lenti

Dollar dayandı, avro bahalaşdı
Ekonomiks05:28 19.06.2015

Dollar dayandı, avro bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1900 manatdan 1.1911 AZN-ə qədər yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. Belə ki, 1 dollar hazırda 1,0474 AZN təşkil edir.
Rusiya rublunun kursunda isə bahalaşma müşahidə olunub. 1 rubl 0,0195-dən 0,0196 manata qədər yüksəlib. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info