Xəbər lenti

Yadigar Sadıqovla bağlı daha bir bəyanat
Siyasət10:28 26.08.2013

Yadigar Sadıqovla bağlı daha bir bəyanat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 26-da Milli Şura Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun həbsdən dərhal buraxılmasını tələb edən bəyanat yayıb. 

Sənəddə deyilir: “Avqustun 24-də Lənkəran şəhərində keçirilən məhkəmədə Müsavat başqanının 2 ay öncə həbs edilmiş müşaviri Yadigar Sadıqovun həbs müddəti daha bir ay uzadılıb. Xatırladaq ki, ictimai-siyasi fəallığı ilə seçilən Yadigar Sadıqov iki ay öncə Lənkəranda zorla cəlb edildiyi, ancaq sona qədər təmkin göstərərək qarışmadığı insidentə görə saxlanılıb. 

Milli Şura məhkəmənin qərarı ilə bağlı bəyanatla çıxış edib. Milli Şura hesab edir ki, seçki prosesinin yeni başladığı bir dövrdə bu cür addımlar ümumilikdə seçkinin legitimliyini şübhə altına alır. Milli Şura dəfələrlə hazırkı seçki öncəsi durumun dözülməz olduğunu və bütün seçki iştirakçılarına bərabər şəraitin yaradılmadığını bəyan edib. Son zamanlar hakimiyyətin həyata keçirdiyi həbslər demokratik qüvvələrə qarşı intensivləşən repressiyaların tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmənin qərarının siyasi sifarişli olduğu heç bir şübhə doğurmur. Siyasi mövqeyinə görə insanları təqib etməkdə məqsəd prezident seçkilərində cəmiyyətin aktivliyinin qarşısını almaqdır.

Milli Şura Yadigar Sadıqlı və digər siyasi məhbusların dərhal həbsdən azad olunmasını, repressiyaların dayandırılmasını, ölkədə sərbəst toplaşma azadlığının və normal seçki mühitinin təmin olunmasını tələb edir”./musavat.com/