Xəbər lenti

Lavrov Kerri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Dünya20:00 10.05.2016

Lavrov Kerri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri aralarında aparılmış telefon danışığı zamanı digər məsələlərlə yanaşı  Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər. 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  Lavrov və Kerri telefon danışığı zamanı Suriyadakı vəziyyətin nizamlanmasına dair məsələləri müzakirə ediblər.  
Tərəflər həmçinin Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.
Rusiya XİN-in məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.  
Qaynarinfo.az