Xəbər lenti

Sabah bu rayonlarda qaz olmayacaq - DİQQƏT
Dünya16:43 10.05.2016

Sabah bu rayonlarda qaz olmayacaq - DİQQƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakı şəhərinin Nəsimi, Yasamal, Binəqədi və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Qaynarinfo.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 200 mm-lik siyirtmənin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 11-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Çiçək yaşayış massivində, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu, Güzdək, Hökməli qəsəbələrində, həmçinin Nəsimi və Yasamal rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Qaynarinfo.az