Xəbər lenti

Ermənistanın itkiləriylə bağlı daha bir açıqlama - 56 ölü
Dünya09:40 11.04.2016

Ermənistanın itkiləriylə bağlı daha bir açıqlama - 56 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan tərəfi 4 günlük müharibədə ölən hərbçilərdən daha bir hissəsinin sayını açıqlayıb. 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi itkilərinin sayını 56 olaraq göstərib. Məlumata görə, 1 hərbçi indiyə qədər itkin hesab olunur. 

“7 aprelə olan məlumatlara əsasən, itkilərimiz 36 nəfər idi. Bundan sonra daha 20 cəsəd tərəfimizdən tapılıb və ya Azərbaycan tərəfindən bizə verilib. Bununla da, ölənlərin ümumi sayı 56 nəfər təşkil edib”, -deyə məlumatda qeyd olunur.

Qaynar.info