Xəbər lenti

Facebook-a giriş qadağan edildi
Dünya06:21 07.06.2014

Facebook-a giriş qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu sosial şəbəkə istifadəçilərinin və bir sıra jurnalistlərin kəskin etirazına səbəb olub

Facebook Pakistan istifadəçiləri üçün bir neçə səhifəyə girişi qadağan edib. ANS PRESS-in məlumatına görə, məşhur rok qrupu "Laal" və bir neçə siyasi səhifələrə giriş qadağan olunub.

Facebook rəhbərliyi bunu Pakistan hökumətinin xahişi ilə edib. Qeyd edilən səhifələrə girişin qadağan olunması ilə bağlı qərar ötən gün tətbiq edilib.

"Laal" rok qrupu tez-tez "Taliban" terror qruplaşmasına qarşı mahnılar oxuyur və bu mahnıları Facebook səhifəsində paylaşırdı. Paylaşılan hər bir mahnı 400 mindən çox istifadəçi tərəfindən bəyənilirdi. Buna görə də Pakistan hökuməti Facebook rəhbərliyindən həmin səhifənin bağlanmasını xahiş edib.

Lakin sosial şəbəkə istifadəçilərinin və bir sıra jurnalistlərin kəskin etirazı nəticəsində Pakistan hökuməti geri addım atmağa məcbur olub və qadağan olunmuş səhifələrə giriş bərpa edilib.

Qaynar.info