
Sakinlər ətrafda bu сür çox binanın olduğunu söyləyirlər
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda bu gün axşam saatlarında 2 mərtəbəli bina naməlum səbəbdən uçub.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerinə çox sayda xilasetmə və tibbi yardım qrupu göndərilib. Dağıntılar altında qalanların olduğu bildirilir. Üç nəfər dağıntılar alıtndan yaralı olaraq çıxarılıb. Onlardan biri uşaqdır.
Binada Suriya qaçqınlarının qaldığı bildirilir. Sakinlər ətrafda bu сür çox köhnə binaların olduğunu söyləyib.
Qaynar.info