Xəbər lenti

Prezident istefa verdi
Dünya16:07 10.01.2014

Prezident istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mişel Cotodia Mərkəzi Afrika Respublikasında ötən ilin mart ayında özünü prezident elan etmişdi

Mərkəzi Afrika Respublikasının prezidenti Mişel Cotodia və ölkənin baş naziri Nikolya Tianqey istefa verib. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Cotodia Mərkəzi Afrika Respublikasında müsəlman azlıqların nümayəndəsidir və ötən ilin mart ayında özünü prezident elan etmişdi.

O zaman əksəriyyəti müsəlmanlardan təşkil olunan “Seleka” qruplaşmasının döyüşçüləri Cotodianın rəhbərliyi altında hərbi çevriliş edərək MAR-ın paytaxtı Banqini ələ keçirmişdilər. Devrilmiş prezident isə ölkəni tərk etmək məcburiyyətində qalmışdı. 

Çevrilişdən sonra ölkədə dini dairələr arasında qanlı toqquşmalar baş vermişdi. BMT-nin hesablamalarına görə, təxminən 600 nəfər həlak olmuş, 159 nəfər isə evlərini tərk etməyə məcbur olmuşdu. 

Qeyd edək ki, Mişel Cotodia əksəriyyəti xristian olan ölkədə ilk müsəlman lider olub.

Qaynar.info