Xəbər lenti

Sabiq prezident məhkəmə qarşısında
Dünya09:56 09.01.2014

Sabiq prezident məhkəmə qarşısında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanın sabiq prezidenti Asif Əli Zərdari bu gün ilk dəfə korrupsiya işləri üzrə məhkəmə qarşısına çıxıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, bu haqda “Dawn” nəşri xəbər yayıb.
 
İslamabad şəhərinin korrupsiya işləri üzrə məhkəmədə Zərdariyə qarşı 5 işdən ikisi üzrə ittiham irəli sürüləcəyi gözlənilsə də, yalnız qısamüddətli dinləmə olub.
 
Sabiq prezident məhkəmə binasına gücləndrilmiş mühafizə ilə gəlib.
 
Məhkəmənin növbəti iclası yanvarın 18-də keçiriləcək. Həmin iclasda Zərdariyə qarşı ittihamların irəli sürüləcəyi gözlənilir.
 
Xatırladaq ki, 2007-ci ildə qətlə yetirilən sabiq baş nazir Benazir Bhuttonun həyat yoldaşı olan Zərdari Pakistan Xalq Partiyası 2013-cü ilin may ayında parlament seçkilərində məğlub olduqdan 4 sonra prezident postunu tərk edib.


Qaynar.info