Xəbər lenti

Ərdoğanı məhkəməyə verdilər
Dünya13:12 08.11.2013

Ərdoğanı məhkəməyə verdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin hüquq müdafiəçiləri və Anadolu Qadın Hərəkatı tərəfindən oğlan və qızlar üçün tələbə yataqxanalarının ayrılacağına dair verdiyi bəyanata görə məhkəməyə verilib.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, belə bəyanat vətəndaşların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilir.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir hakim partiyanın toplantısında ölkədə qızlar və oğlanlar üçün tələbə yataqxanalarının ayrılacağını bildirmişdi.

Qaynar.info