Xəbər lenti

Bəşər Əsədlə bağlı - ŞOK İDDİA
Dünya09:35 09.09.2013

Bəşər Əsədlə bağlı - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran və Suriya hər an başlaya biləcək hərbi müdaxilənin qarşısının alınması üçün təkliflər paketi hazırlayıb. 

Qaynar.info xəbər verir ki, təkliflər paketində əsədin hakimiyyətdən getməsi məsələsi də var. 

İran Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin rəhbəri Əlaəddin Burucerdi ilə suriyalı rəsmilər arasında müzakirə olunan təkliflər paketi Suriya xarici işlər naziri Vəlid Müəllim tərəfindən rus həmkarı Sergey Lavrova təqdim olunacaq. 

Təkliflər paketində Suriyada hakimiyyətin mərhələli olaraq demokratik sistemə keçidi nəzərdə tutulur. Bundan başqa ölkədə prezident seçkilərinin vaxtı irəli çəkiləcək və bu seçkilərdə Əsəd namizəd olmayacaq. 

Bundan başqa Suriya xarici işlər naziri Vəlid Müəllimin ölkədəki kimyəvi silahların Rusiya və ya hər hansı bir ölkəyə aparılması və Rusiyanın SKAD və digər raketlərin tartusdakı limana gətirilməsi məsələsini də Lavrovla müzakirə edəcək. 

Qaynar.info