Xəbər lenti

Baş nazir istefa verdi
Dünya12:27 14.08.2013

Baş nazir istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çexiya baş naziri İrji Rusnok istefa ərizəsini prezident Miloş Zemana təqdim edib.

Anspress xəbər verir ki, baş nazirin istefasından sonra ölkədə yaranmış siyasi böhrandan çıxış yolu isə erkən seçkilərə gedilməsidir. Vəziyyətlə bağlı münasibət bildirən siyasi ekspertlər isə, ölkədə baş verən siyasi proseslərin prezident Zemanın ssenarisi hesab edir.

Siyasi şərhçi, Yindriç Sidlo: “Bu Miloş Zemanın siyasi partiyalar üzərində gücünü daha artıracaq. Son iki ayda Zemanın atdığı addımlar onun ölkədə yeganə siyasi rəhbər olmaq istəyini göstərir”. 

Prezident Miloş Zeman İyul ayında mərkəz-sağçı hökumət koalisiyası parçalandıqdan sonra İrji Rusnoku yeni hökumət başçısı təyin etmişdi. Hökumətin qurulması üçün növbəti seçkilərin isə oktyabr ayında baş tutacağı gözlənilir.

Qaynar.info