Xəbər lenti

Rusiya Xəzərdə hərbi təlimlərə başladı
Dünya08:34 15.08.2013

Rusiya Xəzərdə hərbi təlimlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər dənizində Rusiyanın Xəzər Donanması gəmilərinin təlimləri başlayıb.

APA-nın verdiyi məlumata görə, donanma komandanı vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimlərdə 10-dək döyüş və təchizat gəmisi, “Bal” sahil raket divizion kompleksi, 50-dən artıq döyüş texnikası və 1300-dən artıq heyət iştirak edir.

Təlimlərə iki gün əvvəl Bakıya gəlmiş “Dağıstan” raket gəmisi və “Volqodonsk” artilleriya gəmisi də qatılıb. Təlimlər həftənin sonunda başa çatacaq.

Qaynar.info