
Rusiyanın bəzi internet saytları SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun öldüyü ilə bağlı xəbər yayımlayıblar.
Qaynar.info-nun məlumatına görə, "Novaya Qazeta" qəzetinə açıqlama verən Qorbaçovun özü ölüm xəbərini yayanların boşuna ümidləndiyini deyib: "Boşuna ümidlənirlər. Sağam, ayaq üstəyəm. Başa düşürəm, bəziləri öz saytlarını məşhurlaşdırır, ya da rəhbərlərinin sifarişini yerinə yetirirlər. Bilmək istəyirəm ki, bu kimlərin xoşuna gəlmir? Bu dedi-qoduları araşdırması üçün "Novaya Qazeta"ya müraciət etdim".
Qeyd edək ki, ötən il də Rusiyada bəzi saytlar Qorbaçovun ölüm xəbərini yayımlamışdılar.
Qaynar.info