Xəbər lenti

Türkiyə yenidən qarışdı
Dünya10:08 30.07.2013

Türkiyə yenidən qarışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməliyyatlar nəticəsində 11 kommunist saxlanılıb

Türkiyədə “Gəzi parkı” hadisələri ilə bağlı müxtəlif şəhərlərdə əməliyyatlar başlayıb. Türkiyə mətbuatının xəbərinə görə, Ankara polis idarəsi terrorla mübarizə şöbəsinin əməkdaşları əməliyyatı 5 şəhərdə keçirib.

Məlumata görə, “Gəzi parkı” aksiyaları vaxtı təxribat törətdiyi, insanlara hücum etdiyi və hücumu təşkil etdiyi müəyyən olunan MLKP (Marksist Leninçi Kommunist Partiyası) üzvləri saxlanılıb.

Ankara, İzmir, Samsun, Mersin və Tunceli şəhərlərində keçirilən əməliyyatlarda 11 nəfər polis bölməsinə cəlb olunub.


Qaynar.info