
"Armavia" şirkətinin əməkdaşları Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.
Bu barədə "Panarmenian.Net" saytı xəbər yayıb.
Aviaşirkətin əməkdaşlarından biri Lilit Karpetyan bildirib ki, aksiya iştirakçıları öz maaşları üzrə borcların ödənilməsini tələb edirlər.
Aksiya iştirakçısının sözlərinə görə, aksiyada 50 nəfər iştirak edir. // Trend