Xəbər lenti

Prezident istefa verdi
Dünya06:09 29.05.2013

Prezident istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Liviya Ali Milli Konqresin sədri və müvəqqəti prezident Məhəmməd Yusuf əl Makarif istefa verib. 

Qaynar.info-nun məlumatına görə, "Siyasi izolyasiya" qanununun qəbulundan sonra Konqresdə çıxış edən Makarif, "Xalqın nümayəndələri öz qərarlarını bildirdilər və buna hörmət etməliyik" deyərək istefasını açıqlayıb. 

Qanunun qəbul edilməsindən sonra ilk istefa verən məmur olan Makarif çıxışından sonra Konqres üzvləri tərəfindən alqışlanıb. 

Ölkə siyasiləri və diplomatlar qanunun təcrübəli liderləri sıradan çıxararaq hazırda qarmaqarışıq olan demokratik keçid prosesinə zərbə vuracağını iddia edirlər. 

Qaynar.info