
Rusiyadakı Cavaxetiya Erməni Diasporası məshəti türklərinin doğma torpaqlarına geri qayıtmasına qarşı çıxıblar.
Qaynar.info-nun məlumatına görə, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlərinin Batumidə keçirdiyi görüşdə gündəmə gələn məhsəti türklərinin öz vətənlərinə geri qayıtması məsələsi erməniləri narahat etməyə başlayıb.
Ermənilər regionda baş verən təhlükələrə hazır olmasının vacibliyini bildiriblər.
Gürcüstan hökumətinin 2007-ci ildə qəbul etdiyi qərara görə, məshəti türklərinin geri qaytarılmasını böyük səhv olduğunu deyən diaspora 4 maddədə geri qayıtmasının əleyhinə olduqlarını deyiblər. Həmin maddələr ermənilər tərəfindən belə açıqlanıb: Məshəti türklərinin geri qayıtması regionun təhlükəsizliyinə zərbə vuracaq, geri qayıdan türklər Türkiyə ilə birləşmə tələbi irəli sürərək gürcüstanın ərazi bütövlüyünü təhlükə altına alacaq, hazırda onların qayıdacağı yerlərdə ermənilər və gürcülər yaşadığı üçün yerləşmə problemi yaranacaq, ermənilərlə geri qayıdan türklər arasında qarşıdurmalar baş verəcək.
Diasporanın bu açıqlamasını mənasız adlandıran gürcü ekspertlər həmin ərazidə yalnız erməni probleminin olduğunu deyiblər.
Qaynar.info