Xəbər lenti

Şimali Koreya lideri ilə bağlı şok iddia
Dünya11:48 19.02.2013

Şimali Koreya lideri ilə bağlı şok iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya lideri Kim Yonq Unla bağlı yeni iddia ortaya atılıb.

Qaynar.info-nun məlumatına görə, Cənubi Koreya xüsusi xidmət orqanları ölkə liderinin xanımının yaxın vaxtlarda

dünyaya uşaq gətirdiyini bildiriblər. Buna səbəb isə bir neçə ay əvvəl həyat yoldaşı ilə rəsmi dövlət tədbirlərinə qatılan Ri Sol Junun hamilə qadın paltarları geyinməsi olub.  İki ay əvvəlki görüntülərdə üzü şişmiş vəziyyətdə olan "first lady"nin ekranlardakı son görüntülərdə saçını düzəltdiyi və üzündəki şişlərin tamamilə çəkildiyi görülüb. Cənubi koreyalı rəsmilər də bütün bunların birinci xanımın bir neçə həftə əvvəl uşaq dünyaya gətirdiyinin göstəricisi olduğunu deyiblər.

Bir müddət əvvəl də Kim Yonq Unun 2010-cu ildə bir oğlunun dünyaya gəldiyi haqda məlumatlar yayılmışdı.

Qaynar.info