
"Qarabağ" bu gündən etibarən 2016/17 mövsümün hazırlıqlarına start verib.
Qaynarinfo.az xəbər verir ki, Ağdam komandası günorta saatlarında Bakı - İstanbul - Münxen reysi ilə Avstriyaya yola düşüb.
Axşam saatlarında futbolçuların qalacağı otelə çatacağı gözlənilir. Komanda son 2 ildə olduğu kimi, Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.
Qeyd edək ki, "Qarabağ" Avstriya təlim-məşq toplanışı müddətində 4 yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarından 2-nin keçirilmə tarixi məlumdur. Azərbaycan çempionu iyunun 25-də yerli "Vakker" klubu və iyunun 28-də dördqat Rusiya çempionu "Zenit"lə qarşılaşacaq.
Qaynarinfo.az