
İraqın sabiq prezidenti və Kürdüstan Vətənpərvərlər Birliyinin Baş katibi Cəlal Təlabani dünyasını dəyişib.
"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, sabiq prezident bir müddət öncə səhhətində yaranmış problemlə əlaqədar müalicə üçün Almaniyanın Berlin şəhərində aparılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2 dəfə İraqın prezidenti seçilmiş Təlabani 2012-ci ildə beyin qanaması səbəbindən paytaxt Bağdaddan təcili yardımla Almaniyaya göndərilmiş, burada müalicə aldıqdan sonra 2014-cü ildə geri qayıtmışdı.
Qaynarinfo.Az