Xəbər lenti

2018-ci ilin ən böyük maddi zərərə səbəb olmuş təbii fəlakəti
Dünya11:22 09.01.2019

2018-ci ilin ən böyük maddi zərərə səbəb olmuş təbii fəlakəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Kaliforniya ştatında ötən il baş verən meşə yanğını 2018-ci ilin ən böyük maddi zərərə səbəb olan təbii fəlakətidir.
Qaynarinfo xəbər verir ki, Almaniyanın "Munich RE" sığorta şirkəti 8 noyabrda başlayan meşə yanğınlarının 16,5 milyard dollara başa gəldiyini açıqlayıb. Zərərin 12,5 milyardı sığortalanıb. Kaliforniya tarixinin ən böyük yanğını kimi tarixə düşən, "Paradise" qəsəbəsindən başlayan yanğın 14 min ev, 500-dən çox iş yeri, 4300 binanı külə çevirib, 80-dən çox insanın ölümünə səbəb olub. 
Ən çox zərərə səbəb olan 2-ci təbii fəlakət isə Floridada müşahidə edən Maykl qasırğası olub və 16 milyard dollar zərər verib. 
2018-ci ildə baş verən təbii fəlakətlər ölkələrə ümumilikdə 160 milyard dollar zərər vurub. 2017-ci ildə bu rəqəm 350 milyard dollar idi.
Gülşən