Xəbər lenti

Kimyəvi silahlar əleyhinə birlik yaradıldı
Dünya08:26 24.01.2018

Kimyəvi silahlar əleyhinə birlik yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransanın paytaxtı Parisdə keçirilən "Kimyəvi silahlardan istifadənin cəzasız qalmaması üçün beynəlxalq birlik" adlı görüşdə bir çox ölkənin xarici işlər naziri iştirak edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan Yiv Le Derianın rəhbərlik etdiyi görüşdə 30-a yaxın ölkənin razılığı ilə beynəlxalq birlik yaradılıb.
Le Derian çıxış edərək birliyin kimyəvi silahların istifadəsinin qarşısının alınması və bu tip silahlardan istifadə edən ölkələrin cəzalandırılması üçün çalışacağını vurğulayıb.
İclasda iştirak edən ABŞ, İngiltərə, Almaniya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, Cənubi Koreya, İspaniya, İsveç, Yaponiya və s. ölkələr xüsusilə Suriyada kimyəvi silahlardan istifadəni gündəmə gətirib və mübarizə aparacaqlarını deyiblər.
Gülşən