Xəbər lenti

Məşhur aktyor vəfat etdi
Dünya06:18 09.03.2018

Məşhur aktyor vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur türkiyəli aktyor Ercan Yazqan 72 yaşında dünyasını dəyişib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 3 mart tarixində tənəffüs çatışmazlığı ilə reanimasiyaya yerləşdirilən aktyor böyrək, qaraciyər və digər vacib orqanlarında olan problemlər səbəbilə dünyasını dəyişib. Aktyorun dünən 23.05-də ürəyi dayanıb və müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. 
4 aprel 1946-cı ildə doğulan Ercan Yazqan 1986-cı ildə "Perihan abla" serialında "Sürücü İsmət" obrazı ilə tanınıb və 1989-2002-ci illərdə yayımlanan "Bizimkilər" serialında "Qapıçı Cəfər" obrazı ilə yaddaşlarda iz qoyub. Yazqan yaradıcılığı ərzində bir çox serial və filmdə iştirak edib.
Gülşən