İŞİD terror təşkilatının lideri Əbubəkr Əl Bağdadinin oğlu öldürülüb.
Qaynarinfo xəbər verir ki, Hudhayfah Əl Bədri Suriyada yaşanan qarşıdurmada qətlə yetirilib. Onun elektrik stansiyasına hücumda, Ələvi və ruslara qarşı əməliyyatda öldürüldüyü bildirilir.
Bağdadinin isə sağ olub-olmadığı hələ də qeyri-müəyyəndir. Terrorçu liderin ölümü barədə dəfələrlə xəbərlər yayılsa da, bu məlumat öz təsdiqini tapmayıb. ABŞ İŞİD liderinin başına 25 milyon dollar mükafat təyin edib.