Xəbər lenti

Azərbaycan neftinin son qiyməti
Ekonomiks19:59 15.08.2018

Azərbaycan neftinin son qiyməti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 14-də 73,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 14-də 69,60 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 14-də 71,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,11 dollar/barel çoxdur.