ABŞ-ın "Miss USA 2019” müsabiqəsində iştirak edən Çesli Krist Nyu Yorkda 60 mərtəbəli binanın pəncərəsindən yıxılaraq ölüb. Onun 30 yaşı var idi. Üç il əvvəl o, psixoterapiya keçdiyini bildirmişdi.
Qaynarinfo xəbər verir ki, Krist ölüm ərəfəsində şəxsi İnstaqram səhifəsində yazıb:
"Qoy bu gün sizə sülh və əmin-amanlıq gətirsin”.
Çesli Krist 1991-ci ildə Miçiqanda anadan olub və hüquqşünas kimi təhsil alıb. Bu yaxınlarda öz ixtisası üzrə çalışıb, eyni zamanda teleaparıcı kimi də fəaliyyət göstərib.