Yəməndə son 5 ildə 80 min uşaq aclıqdan həyatını itirib.
Qaynarinfo xəbər verir ki, UNICEF rəsmisi Henrietta Fore bu barədə açıqlama verərək "Yəməndə 31 müharibə bölgəsində hər gün 8 uşaq ölür, ya da yaralanır. Uşaqlar bütün azyaşlıların sevdiyi, məktəbə getmək, küçədə dostları ilə oynamaq kimi şeyləri edə bilmirlər. Müharibə evlərinə belə daxil olub. Yalnız geniş ərazini əhatə edən sülh müqaviləsi yəmənli uşaqlara layiq olduqları, təhlükədən uzaq həyat verə bilər", - deyə bildirib.
Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi davam edir.
Gülşən