ABŞ Xəzinə Nazirliyi İranla əlaqədar 25 şəxs və şirkətə qarşı sanksiya barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, siyahıda İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan şəxs və şirkətlər qərarlaşıb. İstanbulda yerləşən "Atlas Valyuta ve Ansar Bankı", bu bankla əlaqəsi olan İran vətəndaşı Əli Şəms Mulavi, "Ansar Valyuta şirkəti" ilə əlaqəli Türkiyə vətəndaşı Süleyman Sakana sanksiya tətbiq edilib.
Bildirilir ki, İran 1 milyard dollar çirkli pulu yumaq üçün 3 ölkədə şirkətlər yaradıb.
Gülşən