Avropa İttifaqı İrana qarşı tətbiq edilən sanksiya qərarının müddətini 1 il uzadıb.
Qaynarinfo xəbər verir ki, insan haqlarının pozulma hallarına görə tətbiq edilən sanksiya 13 aprel 2020-ci ilə qədər uzadılıb. Siyahıda 1 şirkət və 82 şəxs yer alıb. İnsanları təqibdə istifadə edilən bəzi texnoloji məhsulların ixracı da qadağan edilib.
Qeyd edək ki, Avropa İttifaqının sanksiyaları 2011-ci ildən bəri davam edir.
Gülşən