Xəbər lenti

Qətlə yetirilən jurnalistlə bağlı Şahzadə Salmandan şok etiraf
Dünya11:00 26.09.2019

Qətlə yetirilən jurnalistlə bağlı Şahzadə Salmandan şok etiraf

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının qətlindən danışıb.
Qaynarinfo xəbər verir ki, vəliəhd şahzadə ABŞ-ın PBS kanalının jurnalisti Martin Smizə açıqlama verib. 1 oktyabrda ekrana gələcək verilişin anonsunda bəzi sual və cavablar yayımlanıb:
Qaşıqçı cinayətində rolunuz nədir?
 - Bu hadisə mənim rəhbərliyim altında olan şəxslər tərəfindən törədilib. Bütün məsuliyyəti qəbul edirəm. 
Sizin məlumatınız olmadan necə belə bir hadisə baş verə bilər?
 - Səudiyyədə 20 milyon insan yaşayır. 3 milyon dövlət işçisi var.
Cinayətkarlar sizdən xəbərsiz təyyarənizdən necə istifadə edə bilib?
 - İşlərimlə məşğul olan məsul şəxslər, nazirlər var. Bu, onların məsuliyyətidir. Həmin şəxslərin icazə vermək səlahiyyəti var.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı ötən ilin oktyabr ayında Səudiyyənin İstanbul konsulluğunda qətlə yetirilib.
Gülşən